Fransada başlayan və yayılan iğtişaşların və hadisələrin kökündə müstəmləkəçilik dayanır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
Onun sözlərinə görə, Fransada hakimiyyəti baş verənlərdən dərs almalıdır.
"Fransada baş verən son hadisələr daha çox qan tökülmədən başa çatmalıdır. Ümid edirik ki, Fransada baş verən hadisələr zorakılıq artmadan sona çatacaq. Bu hadisələrin müsəlmanlara qarşı yeni bir təzyiq vasitəsinə yol açmasına səbəb olacağından narahatıq", - deyə R.T.Ərdoğan bildirib.
Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.