4 İyul 2023 00:55
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” silahlı birləşməsinin rəhbəri Yevgeni Priqojin bir neçə günlük fasilədən sonra yenidən sükutu pozub.

Teleqraf.com xəbər verir ki, o, “Vaqner”in sosial media hesabında bildirib ki, qiyamlarının məqsədi "xainlərlə mübarizə və ictimaiyyəti səfərbər etmək" məqsədi daşıyırıb: "Düşünürəm ki, biz buna böyük ölçüdə nail olmuşuq. Əminəm ki, tezliklə cəbhədə yeni qələbələrimizi görəcəksiniz”, - deyə o vurğulayıb.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini səriştəsizlikdə ittiham edib və 25 minlik qoşunla Rostov şəhərini nəzarətə götürərək Moskvaya doğru hərəkətə hazırlaşıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə aparılan danışıqlar nəticəsində Priqojin geri çəkilib.

Rusiya prezidenti Vladimir Putin Priqojinin hərəkətlərini qiyam adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər