Amerikalı sahibkar və ixtiraçı İlon Mask dünyanın beş yüz ən varlı adamının reytinqinə başçılıq edir.
Teleqraf.com “Bloomberg”ə istinadən xəbər verir ki, milyarderin sərvəti 234 milyard ABŞ dollarıdır.
Bu statistikaya görə, 2023-cü ilin birinci yarısında Maskın sərvəti 96,6 milyard dollar artıb.
Reytinqdə ikinci yeri sərvəti 200 milyard dollar dəyərində qiymətləndirilən fransız lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton) şirkətinin sahibi Bernar Arno tutub. İlin birinci yarısında onun sərvətinin artımı 38,2 milyard dollar təşkil edib.
Dünyanın ən varlı 500 adamı ilin birinci yarısında sərvətlərini 852 milyard dollar artırıb.