4 İyul 2023 08:28
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın iş adamları və bankirləri 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsindən sonra bir neçə gün ərzində bütün ölkə ərazisində baş verən iğtişaşlar nəticəsində 1 milyard avrodan çox zərər ilə üzləşiblər.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın Sahibkarlar Hərəkatının (MEDEF) rəhbəri Joffrua Ru de Mezyö "Le Parisien" qəzetinə müsahibəsində deyib.

"Dəqiq rəqəm söyləmək hələ tezdir, amma turizmə dəyən ziyanı saymasaq, 1 milyard avrodan çox zərər var. Bütün dünyaya yayılan iğtişaşların videoları Fransanın imicinə xələl gətirir. Bunun effektinin qalıcı olub-olmayacağını söyləmək həmişə çətindir, lakin bu yay mövsümün perspektivli göründüyü bir vaxtda, şübhəsiz ki, rezervasiyalarda azalma olacaq, bəziləri artıq bilelətrini ləğv edib", - deyə o bildirib.

Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.


Müəllif: Teleqraf.com