8 Yanvar 2015 16:31
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhhəti ilə əlaqədar işdən çıxarılan və maddi sıxıntı içində yaşayan İbrahim Öztürk həyat yoldaşından boşandıqdan sonra küçələrdə yaşamağa başlayıb.

Teleqraf.com Türkiyə mediasına istinadən bildirir ki, artıq 2 ildir küçələrdə yaşayan Öztürk havaların soyuması ilə əlaqədar bələdiyyəyə aid işləməyən ayaqyolunda yaşayır.

İzmirin Çiğli rayonundan olan İbrahim Öztürk hələ 2 il əvvəl bir fabrikdə işləyərəkən səhhətində problem yaşayıb və ardınca əməliyyat olunub.

Hazırda işləməyən və ayaqyolunda yaşayan Öztürk qarşılaşdığı vəziyyətlə bağlı bunları deyib: “2 ildir küçələrdə, bələdiyyəyə aid ayaqyolunda yatıram. Əvvəllər çalışdığım iş yerində belimdə yaranmış xəstəliklə bağlı yatağa düşdüm. 1,5 ay müalicə olundum, lakin sağlamlığımı itirdim və çalışdığım fabrik məni işdən azad etdi. İşdən çıxarıldıqdan sonra həyat yoldaşımdan da ayrıldım, daha sonra isə özümü küçələrdə tapdım. Səhhətimlə ılaqədar iş tapa bilmirəm. 2-3 gündür boğazımdan heç nə keçməyib, acam. Nə edə bilərəm, artıq ailəmi də unutmağa məcburam. 2 ildir görünməz insanam. Heç kim məni və düşdüyüm vəziyyəti görmür? Nə deyəcəyimi, nə edəcəyimi bilmirəm. Rəsmi şəxslər soyuqdan ölməyimi istəmirlərsə, səsimi eşitsinlər, həqiqətən çətin vəziyyətdəyəm. Günlərdir yemək yemirəm. Bütün instansiyalarda olmuşam, icra orqanında məndən ünvan istəyirlər, "bir şey edə bilmərik" deyirlər. Bələdiyyə sədri ilə danışdım, o da mənə qulaq asdı, lakin etinasız yanaşdı”.

AZAD


Müəllif:

Oxşar xəbərlər