Rusiyanın Xarkov vilayətinin Pervomayskiy şəhərini atəşə tutub. Nəticədə 40 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorunun ofisi məlumat yayıb.
Bildirilib ki, yaralananlar arasında azyaşlılar da var. .
Xarkov regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Rusiya əraziyə yüksək partlayıcılıq qabiliyyəti olan mərmi atıb: "Nəticədə 8 mərtəbəli binanın pəncərələri sınıb, 4 avtomobil alışıb, 1 avtomobilə isə ziyan dəyib".