5 İyul 2023 00:12
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

16 yaşına çatmış Qırğızıstan vətəndaşları sənədlər üçün müraciət edərkən valideyn kimi ana adının yazılmasını tələb edə bilərlər.

Teleqraf.com xəbər verir ki, respublikanın Konstitusiya Məhkəməsi ölkə hökumətini yetkinlik yaşına çatmış ölkə vətəndaşları üçün ana adı institutunun inkişaf etdirilməsi məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər etməyə çağırıb.

“Qərar qətidir və şikayət verilə bilməz. Dərc edildiyi andan qüvvəyə minir. Qərar bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, vəzifəli şəxslər, ictimai birliklər, hüquqi və fiziki şəxslər üçün məcburidir və respublikanın bütün ərazisində icra edilməlidir”, - deyə dövlət orqanlarının məlumatında deyilir.

Bundan əvvəl yerli fəal Altın Kapalova bir neçə ildir ki, ölkənin dövlət orqanlarını məhkəməyə verib, istənilən yetkin şəxsin ata adı əvəzinə ana adını götürə bilməsini təmin etməyə çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər