Yaponiyada "McDonald's" restoranlarının birində yeməyin içindən insan dişi, plastik qırıntılar və müxtəlif əşyalar çıxıb.
Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Tokioda "McDonald's" yeməyini yeyən uşaq bir müddət sonra damağının ağrıdığını hiss edib. Uşaq yeməyin içinə baxdıqdan sonra plastik qırıntılar və insan dişi aşkarlayıb.
Restoran şikayət edən müşrtəridən üzr istəyib. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.