“İsveçin NATO-ya üzvlüyü prosesində Türkiyə ilə birlikdə hərəkət edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
“Türkiyə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyə hazır olduğunu bildirsə, biz də bunu dəstəkləyəcəyik”, - nazir bildirib.
Peter Siyarto bundan əvvəl türkiyəli həmkarı Hakan Fidanla telefonda danışıb. Nazirlər NATO-nun genişlənməsi məsələsini müzakirə ediblər.