5 İyul 2023 12:42
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yunanıstan hökuməti Türkiyə ilə aramızda davam edən mülayim mühitdən yararlanmaq istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan xarici işlər naziri Yorqo Gerapetritis deyib.

Onun sözlərinə görə, Afina iki ölkəni dəfələrlə qarşıdurma həddinə çatdıran dəniz sərhədləri probleminin həlli üçün danışıqlara başlamağa hazırdır.

Gerapetritis vurğulayıb ki, Yunanıstan hökuməti dənizlərdə yaranmış problemlərlə bağlı razılığa gəlmək üçün davam edən mülayim mühitdən istifadə etmək istəyir.

“Yalnız Türkiyənin də səmimi yaxınlaşma yolunu açmaq istəyib-istəmədiyini müəyyən etmək qalır. Amma bu, Yunanıstanın “qırmızı xətlər”indən və ya milli prioritetlərindən geri çəkiləcəyi anlamına gəlmir”, - nazir əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər