Baxmut yaxınlığında rusların böyük problemləri var. Piyadaların öhdəsindən gələ bilmədiyi üçün işğalçılar tankları döyüşə atırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Terra” kəşfiyyat bölməsinin komandiri Nikolay Voloxov bildirib ki, toqquşmalar daha çox əlbəyaxa olurdu, amma son zamanlar həm biz, həm də düşmən tərəfdən döyüşə çox sayda tank cəlb olunub:
"Əvvəllər yalnız piyadalar var idisə, indi Rusiya aktiv şəkildə texnika ilə güc nümayiş etdirir. Biz əvvəldən nəzarət etmədiyimiz ərazilərə daxil olmağa başlayırıq. Ona görə də ümumilikdə hər şey kifayət qədər müsbət və nikbindir".