5 İyul 2023 17:49
3 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev rus ordusunu “keçən əsrin ordusu” adlandıran qərbli analitiklərə cavab verib.

Teleqraf.com xəbər verir ki, o, müharibənin başa çatması üçün şərtlərdən də danışıb.

Medvedev Rusiya ordusunun “müasir və qəhrəman” olduğunu iddia edərək, hərbçilərinə haqq qazandırıb. Eyni zamanda o, “dünyanın ikinci ordusu”nda problemlərin olduğunu da etiraf edib.

“Hər hansı digər ordu kimi, bizim ordunun da müəyyən problemləri var”, - deyən Medvedev ABŞ-ın və onun “vassallar”ının Ukraynaya silah verməsindən qəzəblənib.

Rusiya rəsmisi əlavə edib: “Əgər NATO, ilk növbədə ABŞ və onun vassalları Ukraynaya silah və məhvedici vasitələr verməyi dayandırsaydı, o zaman xüsusi hərbi əməliyyat sözün əsl mənasında bir neçə aya başa çatacaqdı”.

Medvedev əmindir ki, Amerika indi silah tədarükünü dayandırarsa, o zaman əməliyyatlar bir neçə günə bitəcək. Onun sözlərinə görə, bununla hətta dünya müharibəsini çox tez bitirmək olar.

“Hətta dünya müharibəsi də çox tez başa çata bilər: ya sülh müqaviləsi ilə, ya da amerikalıların 45-ci ildə nüvə silahından istifadə edərək, Yaponiyanın iki şəhərini bombaladığı zaman etdiklərini etsək”, - Medvedev vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər