5 İyul 2023 22:18
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” lideri Yevgeni Priqojinin başçılıq etdiyi qiyam zamanı Rusiya Prezidenti Vladimir Putin Moskvadan qaçıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” nəşri yazır.

Rusiyalı müxalif siyasətçi Mixail Xodorkovski qiyam günü Rusiya liderinin atdığı addımlardan məlumatlı olduğunu iddia edir. Onun mənbələrinə görə, Putin uğursuz çevriliş zamanı Moskvadan uçub, Tver və Novqorod arasında yerləşən Valdaydakı iqamətgahına gedib.

“Həmin anlarda Putini izləyirdik. Görünür, həqiqətən də Moskvanı tərk edib, çox güman ki, Valdaydakı iqamətgahına gedib", - Xodorkovski deyib.

Putinin təyyarəsi iyunun 24-də Moskvadan ayrılaraq Rusiyanın şimal-qərbinə doğru yola düşüb. Xodorkovski öz mənbəsinə istinadla bildirib ki, təyyarə Valdayda izləmə sistemlərindən itib.

“Flightradar24”ün məlumatına görə, “İl-96” prezident təyyarəsi Priqojinin qiyamının qızğın vaxtında Moskvadan havaya qalxıb. Təyyarə Tverdə enməyə başlayanda izləmədən çıxıb. “Newsweek” qeyd edib ki, bu, təyyarənin Putinin Valday iqamətgahına ən yaxın aerodrom olan Borisovskoy Xotilovo aviabazasına yönəldiyini göstərə bilər.

Yüksək rütbəli Rusiya rəsmilərini və ya hərbçiləri daşımaq üçün istifadə edilən Xüsusi Hərbi Hava Qüvvələrinə məxsus digər təyyarələr də Moskvadan havaya qalxıb, bunlardan biri Sankt-Peterburqa enib.

“The New York Times”ın 30 iyun tarixli köşəsində rusiyalı jurnalist Mixail Zıqar da qiyam günü Putinin Moskvada olmadığını yazıb. Bununla belə, iddia edib ki, Rusiya prezidenti bütün günü Sankt-Peterburqda dostu və biznesmen Yuri Kovalçukun yaxtasında “Qırmızı yelkənlər” festivalına baxaraq keçirib. Amma bunun əyani sübutu yoxdur.

Ukraynada müharibə başlayandan bir neçə həftə sonra Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayan rus əsilli yəhudi iş adamı Leonid Nevzlin iyunun 24-də bildirib ki, Putin Valdaydakı iqamətgahının bunkerində gizlənir.

“Onun ən yaxın dostları və silahdaşları da ora uçub. Diktator təşviş içindədir. Əlavə qüvvələr onu qorumaq üçün Valdaya doğru hərəkət edir. Mənbələrim bu barədə mənə indicə məlumat verdi”, - o deyib.

Xodorkovskinin sözlərinə görə, Priqojin qiyamı sayəsində orduda və siyasi elitada Ukraynadakı müharibənin yanlış olduğu barədə fikir formalaşdıra bilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər