5 İyul 2023 18:20
2 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, danışıqlar zamanı taxıl dəhlizi sazişi və narkotiklərə qarşı mübarizədə əməkdaşlıq üzrə keçiriləcək görüş müzakirə edilib.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir:

“Xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Görüşdə NATO-nun genişlənməsi, İstanbul Taxıl Sazişi və sintetik narkotik təhlükəsi ilə mübarizədə əməkdaşlıq və bu mövzuda iyulun 7-də ABŞ-ın ev sahibliyi ilə keçiriləcək beynəlxalq toplantı müzakirə edilib”.

Bu yaxınlarda İngiltərənin paytaxtı Londonda iki nazir arasında təkbətək görüş olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər