6 İyul 2023 08:42
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Prezidenti Əbdülfəttah əs-Sisi iyulun 27-də Türkiyəyə rəsmi səfər etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, Misir lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə ikitərəfli və regional məsələləri müzakirə edəcək.

Qeyd olunur ki, Misir prezidentinin Türkiyəyə səfəri Ankara və Qahirənin iyulun 4-də elan etdiyi diplomatik münasibətlərin tam bərpası fonunda baş tutacaq.

Xatırladaq ki, Ankara ilə Qahirə arasında münasibətlər 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. Bunun ardınca hər iki ölkə səfirlərini geri çağırıb. 2021-ci ilin martında Türkiyənin o vaxtkı xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə diplomatik müstəvidə təmasların bərpa olunacağını açıqlayıb.

2022-ci ilin noyabrında Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimində Misir və Türkiyə prezidentləri arasında qısa görüş baş tutub. Fevralın sonunda Misirin xarici işlər naziri Sameh Şükri Türkiyənin cənubunda zəlzələdən zərər çəkmiş Adana şəhərinə səfər edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər