6 İyul 2023 09:46
25 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu şərq cəbhəsində Rusiya qüvvələrinin bütün hücumlarını dəf etməkdə davam edir. Ukraynalılar Melitopol və Berdyansk istiqamətlərində uğurlu hücum əməliyyatı keçirərək yeni mövqelərdə möhkəmləniblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələrinin böyük hissəsini Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldir. Ötən sutka ərzində cəbhənin bu ərazilərində 38 toqquşma baş verib.

Ruslar Liman istiqamətində Ukrayna qoşunlarını Novoyeqorivka rayonunda tutduqları mövqelərdən çıxarmağa, Avdivdə isə irəliləməyə cəhd göstəriblər. Bu səylərinin heç bir nəticə verməyib.

Rus ordusu Kupyan istiqamətində Novoselivsk rayonunu ələ keçirmək cəhdlərini dayandırmır. Son sutka ərzində bu yöndə onların bütün hücumları Ukrayna qoşunları tərəfindən dəf edilib. Bundan əlavə, Rusiyanın Baxmut istiqamətində Berxivka və Boqdanivkaya hücumları da nəticəsiz bitib. Marində də rusların bütün hücumlarının qarşısı alınıb.

Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Baxmutun cənubunda və şimalında hücum əməliyyatlarını davam etdirir və azad edilmiş ərazilərdə mövqelərini möhkəmləndirir.

“Ukraynanın Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində də hücum əməliyyatını davam etdirir, əldə keçirilmiş ərazilərdə mövqelərini gücləndirir, müəyyən edilmiş düşmən hədəflərinə artilleriya zərbələri endirir, əks-hücum tədbirləri həyata keçirir”, - Baş Qərargah əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər