6 İyul 2023 15:52
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən parlament və prezident seçkilərindəki məğlubiyyətlərdən sonra Cümhuriyyət Xalq Partiyasında (CHP) dəyişikliklə bağlı müzakirələr başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşıdakı aylarda qurultay keçiriləcək.

Qurultayda CHP-çi deputat Özgür Özəl və İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun qurultayda namizəd olmaq istədiyi məlumdur. Bu iki ismə daha biri əlavə olunub.

Bundan əvvəl partiya sədri Kamal Kılıçdaroğluna dəyişiklik çağırışı edən CHP-nin keçmiş İstanbul millət vəkili, “Biz Gələcək üçün” qrupunun rəhbəri İlhan Cihanər namizədliyini açıqlayıb.

Məlumata görə, “Biz Gələcək üçün” həftəsonu keçirəcəyi toplantıda Cihanərin namizədliyini elan edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər