“Vaqner” qrupunun lideri Yevgeni Priqojin Belarus ərazisində deyil.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Niyə məndən “Vaqner” döyüşçülərinin və ya onun rəhbərinin harada yerləşdiklərini soruşursunuz? Bu, rus şirkətidir, ona görə də sual məni maraqlandırmır: Bildiyimə görə, döyüşçülər daimi düşərgələrindədir", - Belarus lideri bildirib.