Türkiyənin əhalisi 2022-ci ildə 85 milyon 279 min 553 nəfər olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitundan (TÜİK) bildirilib.
Statistikada qeyd olunub ki, dünya əhalisi 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, 2022-ci ildə isə 8 milyarda çatıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali hesabatına görə, 2022-ci ildə ən çox əhalisi olan ölkə 1 milyard 425 milyon 887 min 337 nəfərlə Çin olub. Çini 1 milyard 417 milyon 173 min 173 nəfərlə Hindistan və 338 milyon 289 min 857 nəfərlə ABŞ izləyib.
Məlumat üçün bildirək ki, Çin, Hindistan və ABŞ dünya əhalisinin 39,9 faizini təşkil edir.
Qeyd edək ki,Türkiyə əhali sayına görə 194 dövlət arasında 18-ci yerdə qərarlaşıb. Türkiyə dünya əhalisinin yüzdə 1,1 faizini təşkil edir ki, bu da 85 milyon 279 min 553 nəfərə bərabərdir.
Məlumata görə, Türkiyənin yaşlı əhalisinin nisbəti dünya əhalisinin 9,9 faizini təşkil edib ki, bu da dünya ortalamasından bir qədər üstündür. Türkiyənin ümumi doğum nisbəti dünya orta göstəricisindən 1,62 faiz aşağıdadır və ümumi doğum nisbətinə görə Türkiyə Avropa İttifaqına üzv ölkələr arasında 10-cu yerdədir.