Ukrayna Prezidenti Volodimir Zelenski bu gün İstanbula səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində iki ölkə liderləri arasında məhdud və geniş tərkibdə danışıqlar planlaşdırılır.
R.T.Ərdoğan və V.Zelenski Rusiya-Ukrayna münaqişəsi, taxıl müqaviləsi, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcəklər.