7 İyul 2023 10:07
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Co Bayden ABŞ-ın təhlükəsizlik rəsmiləri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında gizli görüşlər keçirməyə icazə verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News”a ABŞ hökumətinin adı açıqlanmayan nümayəndəsi deyib.

Bundan əvvəl Amerika KİV-ləri ABŞ Milli Təhlükəsizlik Xidmətinin bir qrup keçmiş əməkdaşının bir sıra nüfuzlu rusiyalı rəsmilərlə danışıqlar apardığını yazıb. Digər məsələlərlə yanaşı, Rusiya ilə Ukrayna arasında potensial sülh sazişi də müzakirə edilib. Mənbələrin məlumatına görə, aprel ayında Sergey Lavrov Nyu-Yorkda amerikalılarla bir neçə saat danışıb.

İndi məlumat ictimaiyyətə məlum olduqdan sonra ABŞ Dövlət Departamentinin nümayəndəsi bunun Vaşinqtonun təşəbbüsü olduğunu inkar edir.

“Bayden administrasiyası bu müzakirələrə icazə verməyib. Dəfələrlə qeyd etdiyimiz kimi, Ukraynasız Ukrayna ilə bağlı heç bir danışıqlar olmayacaq”, - rəsmi mənbə bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər