ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial media hesabında sələfi Barak Obamanın ev ünvanını paylaşıb. Həmin gün Obamanın evinin yaxınlığında bir şübhəlinin tutulduğu açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Federal prokurorlar 2021-ci il yanvarın 6-da Konqresə basqında iştirak edən Teylor Tarantonun yaşadığı mikroavtobusda iki odlu silah və yüzlərlə güllə ələ keçirdiyini və Trampın sözügedən fotonu həmin şəxsin tutulduğu iyunun 29-da öz səhifəsində yayımladığını bildiriblər.
Taranto Teleqramda belə bir paylaşım da edib: “Bu əzilmişləri mühasirəyə almışıq! (Con) Podesta və Obamanın cəhənnəmində görüşənədək”.
Şübhəlinin vaxtilə İraqda ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi açlanıb. Məlumata görə, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Tarantonun internet və sosial şəbəkələrdəki fəaliyyətlərini izləyib.