ABŞ Avropada bir neçə mühüm hərbi obyektini bağlamaq qərarına gəlib. Belə ki, Pentaqon Böyük Britaniyadakı aviabazasını və Avropada 14 hərbi obyektini yaxın zamanlarda ləğv edəcək.
Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, bütün obyektlər yerləşdikləri ölkələrin hökumətlərinin ixtiyarına veriləcək.
ABŞ Müdafiə Nazirliyi bu addımı ildə 500 milyon dollara qənaət etmək məqsədi ilə atıb. Vaşinqton İraq və Əfqanıstandakı müharibələrdən sonra orduya çəkilən xərcləri azaltmaq niyyətindədir.