12 May 2014 20:55
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsini Yuxarı Palatası Yunan Kiprinin Türkiyəyə qarşı təzminat iddiasını təmin edib. musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, məhkəmənin bu gün açıqlanan qərarında təzminatın 90 milyon avro olduğu bildirilir.

İddia Yunan Kipri tərəfindən 1994-cü ilin noyabrında, adanın şimalına 1974-cü ildə Türkiyə ordu birləşmələrinin çıxarılması və bununla da “rəsmi Ankaranın Avropa İnsan Haqları Konvensiyasının bir sıra müddəalarını pozması” əsas gətirilərək qaldırılıb.

Həmin ildən ada iki hissəyə bölünüb. Lakin Yunan Kipri dünya birliyi tərəfindən tanınsa da, hətta Avropa Birliyinə üzv edilsə də, Şimali Kipr Türk Cümhuriyyəti indiyədək Türkiyədən savayı heç bir ölkə tərəfindən tanınmayıb.

Adanın dinc yolla birləşdirilməsinə yönəlik çoxillik səylər də hələ ki, səmərə verməyib.


Müəllif: