7 İyul 2023 21:39
13 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qrupunun lideri Yevgeni Priqojin gələn il Rusiyada keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı keçmiş kəşfiyyatçı, polkovnik Sergey Jirnov deyib.

Onun sözlərinə görə, “Vaqner” lideri meydandan tam uzaqlaşdırılmasa, Rusiya Prezidenti Vladimir Putinə qalib gəlmək üçün şansı yüksək olacaq:

“Hesablamalarıma görə, Priqojin Putini Rusiyada real prezident seçkiləri keçirməyə məcbur etməlidir. O, xalqa deyəcək: 20 il sizi aldatdılar, seçkiləri saxtalaşdırdılar, amma bu seçkilər real olacaq, kimi aldatsa, güllələyəcəm, mən isə Putinin əleyhinə öz namizədliyimi irəli sürürəm”.

O əlavə edib ki, Priqojin gələn ilin martına qədər öldürülməsə, Rusiyanın növbəti prezidenti olacaq. Jirnov hesab edir ki, Priqojinin qarşısı alınmasaydı, “vaqnerçilər” Moskvaya girib bir güllə belə atmadan Kremli ələ keçirəcəkdilər.

“Növbəti dəfə heç nəyi elan etməyəcəklər, birbaşa Moskvaya gələcəklər, Kremli zəbt edəcəklər, sonra Priqojin oradan video çəkəcək, Putini çıxarıb Kremlə ən yaxın küçədə “Faberje”dən asacaqlar”, - keçmiş kəşfiyyatçı vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər