7 İyul 2023 19:05
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federal Kəşfiyyat Xidməti (BND)Rusiyada bu yaxınlarda baş vermiş çevriliş cəhdi zamanı “Vaqner”in rəhbəri Yevgeni Priqojin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında danışıqları dinləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə NDR radiosunun jurnalistlərinin araşdırmasında deyilir.

Məlumatda bildirilir ki, BND birbaşa mənbələrlə Belarus prezidentinin vasitəçilik rolunu öyrənib.

Kəşfiyyat xidmətinin nümayəndəsi bu məlumatları şərh etməkdən imtina edib.

Təhqiqatda iddia olunur ki, BND hadisədən təxminən bir həftə əvvəl Priqojinin üsyan edə biləcəyindən şübhələnib və tərəfdaşları ilə məlumatı yoxlamağa çalışıb. Lakin buna nail olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər