İranda daha bir məhbus edam olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına istinadla xəbər verib.
Bildirilir ki, Musa Həkimi barəsində hökm bu səhər Qum şəhərinin Mərkəzi Həbsxanasında icra olunub.
O da bildirilir ki, Musa Həkimi şirkətlərdən birində təmizlikçi işləyirmiş və iki il öncə narkotik maddə daşıdığı üçün həbs edilibmiş.
Xatırladaq ki, təşkilatın hesabatına görə, İranda son 6 ay ərzində 354 nəfər edam olunub.