Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin transferlərini ört-basdır etmək üçün təqlidçilərdən istifadə oluna bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” adının açıqlanmasını istəməyən Pentaqon rəsmisinə istinadən məlumat yayıb.
“Onun Belarusda olub-olmaması bəlli deyil, ona görə ki, Priqojin öz hərəkətlərini ört-basdır etmək üçün təqlidçilərdən istifadə edir”, deyə məlumatda qeyd olunur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vaqner” PMK rəhbərinin harada olması ilə bağlı suala cavab verməkdən imtina edərək bildirib ki, “hökumətin onun hərəkətini izləməyə nə imkanı, nə də arzusu var”.