9 Yanvar 2015 00:40
815
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son günlər yüzlərlə insanı qətlə yetirən, minlərlə dinc sakini didərgin salan“Boko Haram” terror qruplaşması çoxsaylı yaşayış məntəqələrini talayıblar. Silahlılar Nigeriyanın şimal-şərqindəki Borno ştatında son 4 gün ərzində azı 16 yaşayış məntəqəsini qarət edərək yandırıblar.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ştat administrasiyasının rəsmi nümayəndəsi Musa Bukar bildirib.

“Onlar 16 kəndə od vuraraq, hamısını tamamilə yandırıblar”, deyə o bildirib.

Məlumata görə, viran edilən yaşayış məntəqələrindən qaçan əhali Çad gölündəki adalarda məskunlaşıb.


Müəllif: