Pentaqon Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib.
Paketə 32 "Bradley" piyada döyüş maşını və 32 "Stryker" zirehli transportyoru, "Patriot" və HIMARS hava hücumundan müdafiə sistemləri üçün əlavə sursat, həmçinin "Stinger" və "Javelin" zenit sistemləri daxil olacaq.
“Paketə həmçinin sürüşmə sursatları, maneələrin təmizlənməsi, minalanmış sahələrin məhv edilməsi üçün sistemlər və ehtiyat hissələri də daxil olacaq”, o bildirib.
Yeni hərbi yardım paketinə həmçinin müxtəlif mərmilər (105 və 155 mm), o cümlədən DPICM artilleriya kaset sursatları, həmçinin Penguin pilotsuz uçuş sistemləri daxil olacaq.