8 İyul 2023 12:34
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə 50-dən çox hava zərbəsi endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rusiya bu gecə Ukraynanı İranın “Şahid” tipli dronları ilə vurub. Hazırda bu terror aktının nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir”, - Baş Qərargah 18 PUA-dan 12-nin məhv edildiyini bildirib.

Ruslar Kriv Roq şəhərini dronlarla vurub, kənd təsərrüfatı müəssisəsi hədəfə alınıb. Nəticədə ərazidə yanğın baş verib. Bir neçə anbar dağıdılıb, texnikalar məhv edilib, avtomobillərə ziyan dəyib.

Rusiya Zaporoje vilayətində mülki obyektlərdən birinin ərazisinə də raket zərbəsi endirib.

Ukrayna ordusunun mövqelərinə və yaşayış məntəqələrinə 53 aviazərbə və müxtəlif sistemlərlə 60-a yaxın hücum qeydə alınıb. Təəssüf ki, infrastruktur dağıdılıb, dinc sakinlər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər