ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçki kampaniyası çərçivəsində Ayova ştatında keçirilən mitinqdə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Tramp prezidentliyi dövründə əksəriyyəti müsəlman olan bəzi ölkələrə tətbiq etdiyi səyahət qadağasını xatırladıb.
“Vəzifəyə geri dönəndə səyahət qadağası əvvəlkindən daha geniş və daha şəkildə geri qaytarılacaq. İnsanların ticarət mərkəzlərimizi partlatmalarını istəmirik. İnsanlar şəhərlərimizi partlatmalarını və əkin sahələrimizi qəsb etmələrini də istəmirik”, - eks-prezident deyib.
Tramp ABŞ-ın Fransa ilə eyni taleyə məhkum olmayacağını söyləyib.
Tramp vəzifəyə gəldikdən bir həftə sonra - 2017-ci il yanvarın 27-də İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası qoyub. Amma qərar hava limanlarında geniş etirazlar səbəb olduqdan sonra geri addım atmalı olub.
2018-ci ilin iyununda ABŞ Ali Məhkəməsi Trampın 7 ölkəni (İran, Liviya, Şimali Koreya, Somali, Suriya, Venesuela və Yəmən) hədəf alan səyahət qadağasının təsdiqləndiyini və bunu Konstitusiyaya uyğun hesab etdiyini açıqlamışdı.
ABŞ-ın hazırkı Prezidenti Co Bayden vəzifəsinin ilk həftəsində imzaladığı fərmanla Trampın bəzi müsəlman ölkələrinə səyahət qadağasını ləğv edib.