8 İyul 2023 18:03
53 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni hərbi yardım paketi, xüsusən də bura daxil olan kasetli bombalar Silahlı Qüvvələrə Ukrayna ərazilərini işğaldan azad etməyə və çox sayda əsgərin həyatını xilas etməyə əhəmiyyətli dərəcədə kömək edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Nazir qeyd edib ki, Kiyev uzun müddətdir Qərbdən kasetli sursatlar istəyirdi.

“Biz müvəqqəti olaraq işğal olunmuş torpaqlarımızı azad etməliyik, xalqımızın həyatını xilas etməliyik. Bunun üçün ərazilərimizi işğal edən düşmənə - hərbi cinayətkarlara, təcavüzkarlara və talançılara zərər vermək lazımdır. Onlara nə qədər çox itki versək, bir o qədər çox ukraynalının həyatını xilas edə bilərik”, - Reznikov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər