Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş mümkündür, amma dəqiq tarix hələ müəyyən edilməyib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təmaslar mümkündür. Hələlik dəqiq tarix yoxdur”, - Peskov belə bir səfərinin hazırlanıb-hazırlanmaması sualına cavabında bildirib.
Prezident Ərdoğan bundan əvvəl rusiyalı həmkarının gələn ay Türkiyəyə səfər edə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, mövzulardan biri Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olacaq.
Dünən Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edib.