9 Yanvar 2015 02:32
812
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa hökuməti hərbçi və polislərin səfərbər edilməsi barədə qərar qəbul edib.
ANS PRESS-in məlumatına görə, hökumət hüquq-mühafizə orqanlarının 88 min əməkdaşını terrorçuların tutulması və ölkədə təkülkəsizliyin təmin edilməsi üçün səfərbər edib.
Bu barədə Fransa daxili işlər naziri Bernar Kanyov açıqlama verib.
Nazirin sözlərinə görə, “Charlie Nebdo” satirik jurnalının redaksiyası, məktəblər, vağzallar, hava limanları və turstik ərazilərdə hərbçi və polislər yerləşdirilib.
Bernar Kanyov bildirib ki, hazırda Parisdə baş vermiş məlum terror aktı ilə əlaqədar 9 nəfər saxlanılıb.
Qeyd edək ki, dekabrın 7-də 3 nəfər “Charlie Nebdo” satirik jurnalının redaksiyasına silahlı hücum etmişdi. Nəticədə 12 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdı.

Müəllif:

Oxşar xəbərlər