Ukrayna prezidenti Vladimir Zelenski polkovnik Aleksandr Pivnenkonu Ukrayna Milli Qvardiyasının yeni komandiri təyin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” qəzeti məlumat yayıb.
“Zelenski Lvovda Milli Qvardiyanın yeni komandirini elan edib. O Aleksandr Pivnenkodur " - deyə qəzet yazır.
Qeyd olunur ki, Pivnenko 2023-cü ilin martında Ukrayna Qəhrəmanı adını alıb. Baxmut uğrunda döyüşlərdə iştirak edən Milli Qvardiyanın 3-cü əməliyyat briqadasının komandiri olub.