ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində naməlum şəxs insanlara atəş açıb, nəticədə 9 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN polisə istinadən məlumat yayıb.
Yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Onların sağlamlıq durumu qənaətbəxşdir.
İlkin məlumatlara görə, naməlum şəxs daha sonra hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.