9 Yanvar 2015 08:48
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Ukraynaya fəal iqtisadi yardımı davam etdirir. Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa Birliyinin Ukraynaya əlavə 1,8 mlrd avro ayırmaq niyyətində olduğunu bəyan edib.

Teleqraf.com-un “Frans Press”ə istinadən məlumatına görə, ayrılacaq vəsait ağır problemlərlə üzləşmiş Ukraynada siyasi və iqtisadi islahatların dəstəklənməsinə yönəldiləcək.

“Avropa Komissiyası 1,8 mlrd avro həcmində vəsait ayırmaqla Ukraynaya maliyyə yardımını genişləndirməyə qərar verib”, deyə Yunker qeyd edib.


Müəllif:

Oxşar xəbərlər