Əks-hücum əməliyyatına keçən Ukrayna Silahlı Qüvvələri bir yerdə ilişib qalmayıb, əksinə irəliləyir.
Teleqraf.com xəbər verir ki, bunu "ABC News"a müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Biz irəliləyirik, bir yerdə ilişməmişik. Ukraynada hər kəs əks-hücumun daha sürətli getməsini və daha qısa müddətdə başa çatmasını istəyir", deyə Zelenski bildirib.
Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Ağ Evdə keçirdiyi brifinqdə Ukraynanın əks-hücum əməliyyatının rusların xeyli canlı qüvvəsinin mövcudluğu səbəbindən ağır getdiyini bildirib.