9 İyul 2023 23:32
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Pamplona əyalətində (Navarra muxtar vilayəti) San Fermin festivalı çərçivəsində öküzlər 15-ə yaxın insana xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, Navarranın himayədarı Müqəddəs Ferminin şərəfinə Pamplonada keçirilən festival iyulun 6-da başlayıb və bir həftə davam edəcək. Tətil günlərində hər gün öküz yarışları (encierros) keçirilir ki, bu zaman yüzlərlə insan dar küçədə bir neçə dəqiqə qaçır, ahıldan buraxılan heyvanlar onları qovurlar.

Yarışda həm yerli sakinlər, həm də turistlər iştirak edə bilər. İştirakçılardan bəziləri heyvanlarla minimum məsafə saxlamaqla həyatlarını təhlükəyə atırlar.

Keçən il İspaniyada öküz yarışlarında iki turist ölüb.


Müəllif: Teleqraf.com