12 May 2014 21:20
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetskin ardınca "Luqansk Xalq Respublikası" da müstəqilliyini elan edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə bu gün keçirilən mitinqdə "xalq qubernatoru" Valeriy Bolotov bildirib.

"Biz Kiyev xuntasının özbaşınalığı və qanlı diktəsindən, millətçilik və faşızmdən azad olmaq yoluna qədəm qoyduq. Luqansk Xalq Respublikası üçün yeni, müstəqil həyat başlayır", - Bolotov deyib.

Qeyd edək ki, bu gün Luqanskda referendumun nəticələri açıqlanıb. Əhalinin 96,2 % faizinin "LXR"-in müstəqilliyinə səs verdiyi bildirilir.

Nihad


Müəllif: