9 İyul 2023 23:09
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya əhalisi 2070-ci ilə qədər 59 milyon nəfərdən 47,2 milyona düşə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Le Monde" nəşri yazır .

Nəşr qeyd edib ki, ölkənin demoqrafik gələcəyi kifayət qədər qaranlıq görünür, belə ki, heç bir dəyişiklik olmadığı halda yaxın onilliklərdə İtaliya əhalisinin sayı dörddə bir qədər azalacaq.

Ölkənin hökumət başçısı Georgi Melonun sözlərinə görə, doğum səviyyəsini artırmaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Əhalinin azalması 1993-cü ildən başlayıb

Nəşrin məlumatına görə, son illər İtaliyada hamiləlik problemi ilə bağlı ümumi yığıncaqlar keçirilir. Əsas narahatlıq əhalinin qocalması və tezliklə pensiyaçıların maliyyələşdirilməsinin mümkün olmaması ilə bağlıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər