10 İyul 2023 00:13
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev rəhbəri Çinə xəbərdarlıq edib ki, ölkə rəhbərliyi Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməsin və bu məsələdə ehtiyatlı davransın.

Teleqraf.com xəbər verir ki, Bayden Amerika və Avropa şirkətlərinin Çindən çıxmasına eyham vurub.

Amerika lideri hesab edir ki, həm Vaşinqton, həm də Pekinə faydalı olacaq işgüzar əlaqələr qurmaq üçün hələ də şans var.

Onun sözlərinə görə, Çin rəhbəri bu barədə onunla mübahisə etməyib və Çinin “Rusiyanın ardınca getmədiyini” qeyd edib.

“O, nüvə müharibəsinin fəlakət olmasından danışır, təhlükəsizliyə böyük önəm verir. Ona görə də düşünürəm ki, biz bunun üzərində işləyə bilərik”, - Bayden əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər