10 İyul 2023 08:28
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ prezidenti Cozef Bayden Ukrayna ərazilərinin təhvil verilməsindən gedirsə, Ukraynadakı münaqişəni beş dəqiqəyə bitirə bilər, lakin Kiyev bununla razılaşmır”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News”a müsahibəsində deyib.

“Əgər biz münaqişəni Ukraynanın bahasına başa vurmaqdan, yəni bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, məncə, bu yolla Bayden bunu beş dəqiqəyə bitirə bilər. Amma razı olmazdıq”- deyə, o qeyd edib.

O, 24 saat ərzində hərbi əməliyyatları dayandıracağını vəd edən ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə də münasibət bildirib. Zelenski xatırladıb ki, onun dövlət başçısı olarkən belə bir şansı artıq olub:

“Münaqişəni bitirmək istəyi çox gözəldir. Amma bu arzu hansısa real təcrübəyə əsaslanmalıdır. Deyəsən, Donald Trampın gündə o 24 saatı var idi. Onun bu vaxtı var idi, amma görünür, başqa prioritetləri mövcud idi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər