Ukraynanın müdafiə qüvvələri Melitopol və Berdyansk bölgələrində irəliləməyə davam edir. Ukrayna qüvvələri çatılan xətlərdə möhkəmlənir, artilleriyadan atəş zərbələri endirir, düşmənə qarşı əks tədbirlər həyata keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya ordusu əsas səylərini Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldib. Hazırda bu yerlərdə ağır döyüşlər gedir. Bu istiqamətlərdə son sutka ərzində 30-a yaxın toqquşma qeydə alınıb.
Ruslar Baxmut istiqamətində Ukraynanın mövqelərimizi hücuma keçsələr də, bu səylərinin qarşısı alınıb. Dubovo-Vasilivka ərazisində onlar ağır zərbə endirilib.
Rusiya qoşunları Liman istiqamətində hücuma keçərək Ukrayna qüvvələrini Spirni şəhərinin qərbindəki mövqelərindən çıxarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər.
Rusların Avdiv və Marin istiqamətlərində irəliləyişi də dayandırılıb. Bundan başqa, Rusiya ordusu Şaxtyor istiqamətində Novomixayliv ərazisində uğursuz hücum əməliyyatı keçirib.