Litvanın paytaxtı Vilnüsdə sabah başlayacaq NATO sammiti üçün Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemləri hava limanında yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, sammiti iyulun 11-12-də Vilnüsdə - Rusiya sərhədindən təxminən 300 kilometr aralıda keçiriləcək.
Sammitə aprel ayında Finlandiyanın iştirakı ilə sayı 31-ə yüksələn üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, İsveç, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya liderləri də qatılacaq. İsveç və Yaponiya üzvlük üçün müraciət etsələr də, hələlik təsdiqlənməyib.
Sammitdən öncə Litvanın paytaxtında yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində “Patriot” batareyaları Vilnüs hava limanında yerləşdirilib.
İki gün davam edəcək NATO sammiti ilə əlaqəli təhlükəsizlik tədbirlərinə 3000-dən çox Litva hərbçisi cəlb olunub.