Hollandiyanın Vlaardingen şəhərində mərakeşlilərə məxsus Əl-Hicra məscidinə yanan maddə atılıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı məscid rəsmisi Əl Nəsri açıqlama verib. Onun sözlərinə görə, hadisə baş verdiyi zaman içəridə heç kim olmayıb. Atılan maddənin məscidə ziyan vurduğu bildirilib.
Rəsmilər bu hadisənin Paris terroru ilə əlaqəli olduğunu iddia ediblər.
Qeyd edək ki, yanvarın 7-i Fransada “Çarli Hebdo” satirik jurnalının redaksiyasına edilən terror hücumu zamanı 10 jurnalist öldürülüb.
Samir