10 İyul 2023 23:36
2 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukrayna ilə bağlı qəribə təkliflə çıxış edib.

Teleqraf.com xəbər verir ki, bu barədə politoloq İlqar Vəlizadə danışıb.

“Rasmussen Ukraynanın “hissə-hissə” alyansa qəbul oluna biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bu mərhələdə “Qərbi Ukrayna” bloka daxil ola bilər. O xatırladıb ki, 1955-ci ildə Qərbi Almaniya alyansa qəbul edilib.

Görünən odur ki, NATO-nun keçmiş baş katibi Ermənistana, xüsusən də Ermənistan-Azərbaycan sərhədinə səfər etdikdən sonra tam relsdən çıxıb.

Bir ölkəni hissə-hissə hansısa ittifaqa necə qəbul etmək olar?

Qərbi Almaniya ilə müqayisə uğurlu deyil. Almaniya NATO-ya qəbul ediləndə müstəqil ölkəydi, ərazisi qərb torpaqlarını da əhatə edirdi. Şərq əraziləri daxilində daha bir müstəqil ölkə olan Almaniya Demokratik Respublikası vardı. İki ölkənin sərhədləri, eləcə də bunun beynəlxalq hüquqi subyektivliyi 1975-ci il Helsinki Yekun Aktı ilə təsdiqlənmişdi. Bundan bir neçə il əvvəl hər iki ölkə BMT-yə üzv olmuşdu.

Rasmussenin sözlərindən belə çıxır ki, Ukraynanın bir hissəsi (hələ müəyyənləşdirilməyib) NATO-ya üzv olacaq, digər hissəsi isə öz növbəsini gözləyəcək. Yəni bu durumda ölkənin ərazisində “iki siyasi və hüquqi rejim” fəaliyyət göstərəcək. Bundan sonra da deyəcəklər ki, Ukraynanın parçalanmasını istəmirlər?”, - politoloq bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər