11 İyul 2023 16:52
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun sammiti çərçivəsində ölkəsi ilə bağlı qəbuledilməz ifadələrin səsləndirilməsindən əsəbiləşib.

Teleqraf.com xəbər verir ki, prezident Ukraynanın hörmətə layiq olduğunu deyib.

“Vilnüsə gedən yolda Ukraynasız müzakirə olduğuna dair siqnallar aldıq. Vurğulamaq istəyirəm ki, bu ifadə Ukraynanın üzvlüyü ilə bağlı yox, yalnız dəvətə aiddir.

Bu, görünməmiş və absurddur – həm dəvət, həm də Ukraynanın üzvlük üçün vaxt çərçivəsi olmayanda və əvəzində hətta Ukraynanın dəvət edilməsi şərtləri ilə bağlı qəribə ifadələr əlavə ediləndə. Görünür, nə Ukraynanı NATO-ya dəvət etməyə, nə də onu alyansa üzv etməyə hazırdırlar”, - Zelenski vurğulayıb.

Prezidentin fikrincə, bu, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirə aparmaq imkanının hələ də qalması deməkdir:

“Rusiya üçün isə bu, terrorunu davam etdirmək üçün motivasiya deməkdir”.

Zelenski əlavə edib ki, qeyri-müəyyənlik zəiflikdir. O, sammitdə bunu açıq şəkildə müzakirə etmək niyyətindədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər