NATO ölkələri İranın nüvə silahı yaratmasına icazə verməyəcək və onu beynəlxalq öhdəliklərə əməl etməyə çağıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nin Vilnüs sammitində birinci gününün yekunlarına dair dərc olunmuş bəyanatında deyilir.
Bəyanatda, həmçinin NATO ölkələri İranı Rusiyaya hərbi sahədə, o cümlədən pilotsuz təyyarələrin göndərilməsi ilə bağlı yardımı dayandırmağa çağırıb.